12 Noyabr
Aşağıdakı ərazilərdə Yəhudi dövlətinin qurulması planlaşdırılmışdı:
1.Fələstin torpaqları (indiki İsrail)
2.Uqanda planı (British Uganda programme). Adı bu cür olsa da, bu indiki Uqanda ərazilərində deyil, müasir Keniya ərazisində İngilislər Yəhudilər üçün dövlət qurulmasını planlaşdırırdı. Bu plan ilk dəfə 14 Avqust 1903-cü ildə Britaniyanın Müstəmləkə Naziri Cofez Çemberlen tərəfindən T.Herçelə təklif olunmuş, o da bu təklifi müsbət dəyərləndirmişdi. Bunun səbəbi o idi ki, Herçel İngilislərin razılığıyla müstəmləkələri olan Fələstin və Misirə (xüsusən Əl Ərişar şəhərinə) Yəhudilərin köçürülməsini planlaşdırırdı. Lakin,7-ci Beynəlxalq Sionist Konqresində (İyul-Avqust, 1905-ci il) sionistlərin böyük bir qismini Uqanda planı qane etmədiyindən həyata keçirilmədi.
3.Madaqaskar planı.Bu planı Hitlerin zamanında həyata keçirmək üçün daha çox səylər göstərilmişdi.3-cü Reyxin düşünən beyinləri belə qərara gəlmişdilər ki, bütün Avropadakı Yəhudilərin hamısı Madaqaskar adasına deportasiya edilməli və yaşamlarını məhz burda sürdürməli idilər. Elə Yəhudilərin içərisində də bu planı dəstəkləyənlər var idi.
4.SSRİ-nin hər hansı bir əyalətində. Hərçənd,Sovet hökuməti, yəhudiləri özlərinə naturalizasiya etmək məqsədiylə 7 May 1934-cü ildə Çinlə sərhəddə yerləşən Dalnivostok dairəsində Yəhudi Muxtar Vilayəti yaratdı. Lakin, bu sionistlərin ürəyincə olmadı, çünki onlar Rusiyanın hansısa uzaq şərq vilayətində yaşamaq istəmirdilər.
5."Slatteri" layihəsi (Slattery Report). İlk dəfə bu barədə ABŞ Daxili İşlər Naziri Harold İkes fikir söyləmişdi. Onun müavini Harri Slatteri isə bu fikri 1940-cı ildə daha da təkmilləşdirərək sənəd halına gətirmişdi. Onun məruzəsinə əsasən Alyaska ştatının sosial-iqtisadi inkişafını sürətləndirmək üçün Avropadan, xüsusilə Almaniya və Avstriyadan deportasiya edilmiş bütün Yəhudiləri köçürmək lazımdır. Bu köçürülmə siyasəti yəhudilər üçün Alyaska ştatının bəzi ərazilərində muxtar dövlət qurulmasını nəzərdə tuturdu. Lakin, bu layihəyə prezident Ruzvelt kəskin etiraz bildirdiyindən layihə həyata keçirilmədi.
6.Polşa ərazilərində. Avropada Aşkenazilərin ən çox məskunlaşdığı ərazilərdən biri məhz Polşadır. 2-ci Dünya müharibəsindən sonra Polşa ilə Rusiya sərhəddi arasında və ya Polşanın digər ərazilərində yəhudi dövləti yaratmaq irəli sürüldü. Lakin, tarix boyu torpaqları 4 dəfə bölüşdürülməyə məruz qaldığından, torpaqlarını yenicə azad edən və əsrlərdir sionistlərin Polşada at oynatmasından təngə gələn polşalılar qətiyyən torpaqlarında ikinci bir dövlətin, özü də Yəhudi dövlətinin yaranmasına razı deyildilər. Hətta, 4 İyun 1946-cı ildə sionistlərlə Polşalılar arasında münaqişə baş vermiş, nəticədə polşalılar 40-dan çox sionisti o biri dünyaya göndərmişdilər.
7.Şirvan planı. Ereç Israil (müqəddəs torpaqlar) nəzəriyyəçilərinin qeyd etdiyi, “yəhudilərin ayaq basıb, yasadıgı hər hansı torpaq yəhudi torpagıdır” ifadəsinə əsasən yüz illər boyu Şirvan ərazilərində yaşayan yəhudilər, həmin ərazilərdə separat yolu ilə ölkə qurmaq niyyətində də olublar. Onların ölkəmizdə alternativ dövlət yaratmaq xülyaları “Sirvan planı” kimi qeyd edilir. Hətta Sirvan ərazilərində Lev Trotski (Leyba Bronsteyn), Qriqori Zinovyev (Apfelbaum), Lev Kamenev (Feyerman) kimi nəhəng sionist bolseviklər də bu planın həyata keçirilməsində çox maraqlı idilər. Dağ yəhudiləri, sionist əqidəli yəhudilərdən fərqli olaraq bu cür fəaliyyətlərdən uzaq durduqları üçün, təsadüfi deyil ki, Stephan Şaumyanın Mart Soyqrımında iştrak edən sionist əqidəli yəhudilər, həmin dağ yəhudilərinə də divan tutmuşdular. Şaumyan ordusundakı sionist yəhudilər bunlardır:
1. Meer Velkoviç Basin;
2. Yakov Davidoviç Zevin;
3. Isay Abroviç Minse;
4. Mark Romanoviç Kaqanov;
5. Anatoli və Solomon Boqdanov qardasları və s. (c)
⌛️ T.me/tarixinbugunu