Переслано из Azərbaycan Araşdırma Mərkəzi
Azərbaycan Araşdırma Mərkəzində müasir təhsil sisteminin problemlərinə həsr olunmuş konfrans keçirilib. Konfransda gələcəkdə qurulması nəzərdə tutulan yeni təhsil sistemində ibtidai siniflər üçün əsas istiqamətlər müzakirə olunub. Dünya sürətlə dəyişir və bu dəyişikliklər mövcud təhsil sisteminin yenilənməsini zəruri edir. Yeni təhsil modeli yalnız bilik verməklə kifayətlənməməli, uşaqlara həyatı anlamağı, müstəqil düşünməyi və cəmiyyətdə düzgün mövqe tutmağı öyrətməlidir. Yeni təhsil sistemində aşağıdakı istiqamətlərə xüsusi diqqət yetirilməlidir: 1. İslami həyat tərzi və ictimai münasibətlər: Uşaqlara İslamın əxlaqi prinsipləri, qarşılıqlı hörmət, düzgün ünsiyyət və ictimai məsuliyyət öyrədilməlidir. 2. Ətraf mühitin tanıdılması: Uşaqlar təbiət, ekologiya və canlılar aləmi ilə yaxından tanış olmalıdırlar. 3. Peşə təlimi: Erkən yaşlardan uşaqlara müxtəlif peşələr və praktiki bacarıqlar öyrədilməlidir. 4. Məntiqi və fəlsəfi təfəkkür: Uşaqlarda müstəqil düşünmək, sual vermək, təhlil etmək və nəticə çıxarmaq qabiliyyəti inkişaf etdirilməlidir. 5. Əhli-Beyt irsi: Tədris vəsaitləri Əhli-Beytin elmi, mənəvi və əxlaqi irsi əsasında hazırlanmalıdır. 6. Yeni tədris yanaşması: Təhsil yalnız «Nə vaxt?» sualı üzərində qurulmamalıdır. Əsas diqqət «Nə?», «Niyə?» və «Necə?» suallarına yönəldilməlidir. Uşaqlar hazır məlumatları əzbərləmək əvəzinə, hadisələrin mahiyyətini anlamağı öyrənməlidirlər. 7. İdarəçilik və iqtisadi biliklər: Uşaqlara idarəetmə, ailə büdcəsinin planlaşdırılması və ev təsərrüfatının idarə olunması öyrədilməlidir. 8. Danışıq qabiliyyətini, fikrin ifadə məharətini formalaşdırmaq Və s... Qiymətləndirmə sistemi də təbii olaraq dəyişdirilir. Uşaqlar daha çox imtahan və test nəticələrinə görə deyil, praktiki bacarıqlarına, düşüncə tərzinə və davranışlarına görə də qiymətləndirilməlidirlər. Yeni təhsil sisteminin əsas məqsədi müstəqil düşünən, koqnitiv cəhətdən yetkin, məsuliyyətli və ictimai münasibətlərdə düzgün mövqe tuta bilən şəxsiyyət yetişdirməkdir. Belə bir nəsil informasiya təsirlərini düzgün qiymətləndirə və manipulyasiyaya daha az məruz qala bilər. Azərbaycan Araşdırma Mərkəzinin əsas vəzifələrindən biri belə bir sistemin işlənilib hazirlanmasıdır. Bunun üçün mütəxəssislər və iş qrupları təşkil olunmalıdır. Azərbaycan Araşdırma Mərkəzi
Открыть в TelegramДинамика просмотровСкрыть динамику
Рост просмотров
Часов после публикации
Показать таблицей
| Часов после публикации | Просмотры |
|---|---|
| 0 ч | 0 |
| 5 ч | 136 |
| 18 ч | 313 |
| 32 ч | 386 |
- Через 6 часов136
- Через 24 часа313
- Всего сейчас386