Посты канала Milli.Az
❗️Bakıda siqaret kötüyünü yerə atan gənc həbs edildi Xətai rayonunda 23 yaşlı gənc sərxoş halda siqaret kötüyünü yerə atıb. Polis əməkdaşları ona irad bildirəndə gənc onların qanuni tələbinə tabe olmayıb. Məhkəmə gənc barəsində 8 sutka inzibati həbs qərarı verib.
Открыть в TelegramBŞİH: Bakıda tarixi binanın birinci mərtəbəsində yerləşən giriş qapısının sökülərək müasir şüşə konstruksiya ilə əvəz edilməsinə dair məlumatlar təsdiqini tapıb. ● Yoxlamanın nəticələrinə əsasən, qanunsuz dəyişikliklə bağlı obyektin tarixi giriş qapısının əvvəlki vəziyyətinə qaytarılması və binanın ilkin memarlıq görkəminin bərpa edilməsi təmin edilib. ● Eyni zamanda, sahibkara tarixi və mədəni irs nümunələrinə özbaşına müdaxilənin yolverilməzliyi izah olunub və gələcəkdə bu kimi halların təkrarlanmaması ilə bağlı rəsmi xəbərdarlıq edilib.
Открыть в Telegram🇦🇿🇦🇲 Noyabrın 26–27-də Ermənistanda “Sülh körpüsü” təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələri görüşəcək.
Открыть в Telegram⚡️Bakıda UEFA Çempionlar Liqasının Liqa mərhələsi çərçivəsində keçirilən “Sabah” – “Barselona” qarşılaşmasını izləmək üçün Rusiyadan Azərbaycana gələn azarkeş stadionda vəfat edib.
Открыть в Telegram❗️Xalq artisti Elmira Şabanova vəfat edib Bu barədə onun qızı Leyla Şabanova məlumat verib.
Открыть в Telegram⚡️Bakı Dövlət Universitetinin (BDU) yeni rektoru Məleykə Abbaszadə universitetin bufetində tələbələrlə bir araya gəlib.
Открыть в Telegram❗️Prezident İlham Əliyev Litva Respublikasının xarici işlər naziri Kestutis Budrisi qəbul edib.
Открыть в Telegram🚇🚌 Bu axşam Bakıda ictimai nəqliyyatda gediş 1 qəpik olacaq Bu gün saat 18:00-dan 01:00-dək Bakı sakinləri ictimai nəqliyyatdan cəmi 1 qəpiyə istifadə edə biləcəklər. “BakıKart” və “Mastercard” UEFA Çempionlar Liqası çərçivəsində keçiriləcək “Sabah” – “Barselona” qarşılaşması münasibətilə xüsusi kampaniyaya start verib. Kampaniya çərçivəsində “Mastercard” kartları ilə NFC vasitəsilə ödəniş edən sərnişinlər Bakı metrosunda və bu ödəniş üsulunun mümkün olduğu avtobuslarda güzəştdən yararlana biləcəklər. Güzəştli gedişlərin sayına məhdudiyyət qoyulmur.
Открыть в Telegram🚨 Hacıqabulda kürəkən qayınatasını bıçaqlayaraq öldürüb • Hadisə Hacıqabul şəhərində baş verib. • İlkin məlumata görə, Asim İmanov qayınatası Davud Abbasovu bıçaqlayaraq öldürüb.
Открыть в Telegram🇦🇿 İlham Əliyev: Azərbaycan ərazisindən Ermənistana 100 min tondan artıq yük daşınıb ▪️ Prezident bu barədə Litvanın xarici işlər naziri Kestutis Budrislə görüşündə bildirib. ▪️ Dövlət başçısı Azərbaycanın regionda sülhün möhkəmləndirilməsi istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Открыть в Telegram❗️ Azərbaycanda bir neçə zabit milyon yarımlıq yeyintidə ittiham olunur Azərbaycanda aralarında hərbçilərin də olduğu 15 nəfər yanacaq mənimsəməkdə ittiham olunur. Onlardan 4-ü həbs edilib, 11-i barəsində alternativ qətimkan tədbirləri seçilib. Təqsirləndirilən şəxslər arasında kapitan və mayor rütbəli hərbçilər, həmçinin yanacaqdoldurma məntəqələrinin rəisləri və işçiləri var. Onlara Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb. İş üzrə dəymiş ziyan 1,4 milyon manatdır. Bu maddə 10 ildən 14 ilədək həbs cəzası nəzərdə tutur.
Открыть в Telegram❗️“Giləzi-Quşçuluq”da 400 tondan çox təhlükəli toyuq əti aşkarlanıb ▪️ Baş Prokurorluq və AQTA-nın birgə məlumatına görə, 400 tondan artıq yararsız toyuq əti aşkarlanıb. ▪️Şirkətin direktoru həbs edilib, digər iki rəhbər şəxs ev dustaqlığına göndərilib.
Открыть в Telegram⚽️ “Sabah” bu gün “Barselona” ilə qarşılaşır ▪️ UEFA Çempionlar Liqasının V turunda keçiriləcək qarşılaşma bu gün saat 21:45-də Bakı Olimpiya Stadionunda başlayacaq. Hesab təxminlərinizi şərhlərdə yazın
Открыть в Telegram