♦️Tbilisidə hökumətin Avropa İttifaqına üzvlüklə bağlı danışıqların dayandırılmasını elan etməyindən sonra etiraz aksiyaları başlayıb.
Открыть в TelegramПосты канала H+ Media
♦️Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstan Prezidenti Konstantinos Tasulas ilə görüşüb. ▪️Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. ▪️Qeyd olunub ki, görüş İstanbulda Prezident Administrasiyasının Dolmabağça ofisində baş tutub. ▪️Görüşdə Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlər müzakirə olunub. ▪️Ərdoğan iki ölkə arasında münasibətlərin bütün sahələrdə ciddi potensiala malik olduğunu bildirib. O, müsbət gündəliyin inkişaf etdirilməsi istiqamətində səylərin davam etdirildiyini vurğulayıb.
Открыть в Telegram♦️İran Prezidenti Məsud Pezeşkian qışın yaxınlaşması və enerji çatışmazlığı fonunda vətəndaşları qaz, elektrik enerjisi və benzinə qənaət etməyə çağırıb.
Открыть в Telegram♦️Benqazi limanına endirilən zərbədən sonra Meloni Zelenskini Ukraynaya gələcək yardımlarla bağlı yarana biləcək çətinliklər barədə xəbərdar edib. ▪️ İtaliyanın Baş naziri Kiyevin hərəkətlərindən son dərəcə narazıdır; Belə əməliyyatlar İtaliyanın təhlükəsizliyini təhlükə altına atır və İtaliya parlamentində Ukraynaya hərbi dəstəyə qarşı çıxanların mövqeyini gücləndirir. ▪️Bundan əlavə, Romada belə bir şübhə də var ki, London və Vaşinqton planlaşdırılan hücumdan əvvəlcədən xəbərdar olsalar da, İtaliyaya məlumat verməyiblər. Meloni İtaliya Ukraynaya dəstəyi dayandırmağa məcbur qala bilər deyə Zelenskini məlumatlandırıb - La Repubblica
Открыть в Telegram♦️Kanada Rusiyaya nota verdi. Rusiya səfiri Kanada XİN-ə çağrılıb. ▪️ Kanada Rusiya dronlarının və raketlərinin Polşa hava məkanını pozmasının qəbuledilməz olduğunu bildirib və buna görə Rusiya tərəfinin qınayıb. Ottava cavab hüquqlarını saxladıqlarını qeyd edib.
Открыть в Telegram♦️Meloni, Zelenskinin Liviyadakı gəmilərə endirilən zərbə barədə İtaliyaya xəbərdarlıq etməməsindən hiddətlənib. Ukraynanın bu hücumu iki ölkə arasında bir vaxtlar səmimi olan münasibətləri soyudub. ▪️ İndi Meloni Ukraynanın bu hücumu ilə əlaqədar ölkə daxilində siyasi nəticələrlə də üzləşir. Ultrasağ ona təzyiqləri artırıb və Ukraynaya yardımı dayandırmağı tələb edir - Bloomberg
Открыть в Telegram♦️"Gürcüstan Türkiyəyə dostluq jesti etdi amma qarşılığında qarşıdurma əldə etdi" - Gürcüstan Baş Naziri İrakli Kobaxidze
Открыть в Telegram♦️Nazirlər Kabineti Bakının Qaradağ rayonunun Qızıldaş qəsəbəsində dövlət mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında qərar qəbul edib.
Открыть в Telegram♦️Batumi hadisələri və Səadət Partiyasının sədri Mahmut Arıkanın "Yaşasın Abxaziya!" açıqlaması fonunda bir neçə gün əvvəl Ankarada baş verən hadisəni xatırlatmaq lazımdır. ▪️Noyabrın 17-də Türkiyənin 9 siyasi partiyasının nümayəndələrinin təşəbbüsü ilə Ankarada "Abxaziya Dostluq Qrupu" yaradılıb. ▪️İclasda Səadət Partiyası, Türkiyə İşçi Partiyası (TİP), DEM, DEVA, Əmək Partiyası, Yeni Yol, Yeni Partiya, Demokrat Partiya və Yenidən Rəfah Partiyasının nümayəndələri, eləcə də Abxaziyadakı separatçı administrasiyanın təmsilçiləri iştirak ediblər. ▪️ İclas zamanı aşağıdakı tələblər irəli sürülüb: ▪️Abxaziya pasportlarının Türkiyənin sərhəd-keçid məntəqələrində tanınması; ▪️Türkiyə ilə Abxaziya arasında birbaşa nəqliyyat əlaqələrinin yaradılması; ▪️Abxaziyanın beynəlxalq təcridinin aradan qaldırılması.
Открыть в Telegram♦️Dünən Batumidə yaşanan hadisələrdən sonra X sosial şəbəkəsinin türk seqmentində "Yaşasın müstəqil Cənubi Osetiya! Yaşasın müstəqil Abxaziya! Yaşasın müstəqil Acarıstan!" sözləri ilə paylaşımlar edilir.
Открыть в Telegram♦️Türkiyənin Səadət Partiyasının sədri Mahmut Arıkan dünən yaşanan hadisələrdən sonra separatçı Abxaziyaya dəstəyini ifadə edib. ▪️"Yaşasın Fələstin! Yaşasın Beşiktaş! Yaşasın Abxaziya!"
Открыть в Telegram♦️Dünən Türk azarkeşlərinin "Beşiktaş - Hapoel Beer Sheva" oyununda açdığı pankart:
Открыть в Telegram♦️Rusiya XİN: TRIPP layihəsi Rusiya və İranın maraqlarını nəzərə almalıdır ▪️ Bu layihə regionda yeni bölücü xətlər yaratmamalıdır. ▪️ Əks halda, bu nəqliyyat və logistika təşəbbüsü sadəcə uğursuzluğa məhkumdur.
Открыть в Telegram♦️Küveyt Müdafiə Nazirliyi "həyati əhəmiyyətli bir obyekt"i hədəf alan bir neçə İran pilotsuz uçuş aparatının (PUA) qarşısının alındığını açıqlayıb. Nazirlik həmçinin bildirib ki, "düşən qalıqlar" nəticəsində iki İtaliya, bir Küveyt və bir Pakistan vətəndaşı xəsarət alıb. ▪️ Xəsarətləri səbəbindən dünyasını dəyişən iki İtaliya vətəndaşı "Rheinmetall Italia" şirkətinin əməkdaşları olublar. Onlar Küveytdə "Skynex" tipli yaxın mənzilli hava hücumundan müdafiə (SHORAD) sistemlərinin texniki xidmətinə kömək etmək üçün orada idilər.
Открыть в Telegram