2025-ci ildə Gəncə şəhərində tam orta təhsil haqqında attestat alaraq həmin il ali təhsil müəssisələrinə qəbul olunanların sayı 1 408 nəfər təşkil edib. Gencexeber.az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata görə, Gəncədə attestat alan məzunların 38,5 faizi həmin il ali məktəblərə qəbul olunub. Bu göstərici cinslər üzrə fərqlənib: kişilərdə 33,8 faiz, qadınlarda isə 43,5 faiz olub. Ali təhsil müəssisələrinə qəbul olunan 1 408 nəfərin 637-si kişi, 771-i isə qadın olub. Beləliklə, qadın məzunların ali məktəbə qəbul göstəricisi kişilərlə müqayisədə 9,7 faiz bəndi daha yüksək olub. @gencexeberaz
Открыть в TelegramПосты канала Gencexeber.az
Aliment ödəməyən daha bir anaya elektron qolbaq TAXILDI Ətraflı Gencexeber.az-da @gencexeberaz
Открыть в TelegramGəncədə internatda uşaqlar soyuqdan donur - ŞİKAYƏT Gəncə şəhər İnternat tipli xarici dillər təmayüllü gimnaziyasında istilik sisteminin işləməməsi narazılığa səbəb olub. Gencexeber.az-a müraciət edən valideynlərin sözlərinə görə, təhsil müəssisəsində istilik problemi artıq bir həftədir davam edir. Bildirilir ki, nə dərs otaqlarında, nə də şagirdlərin qaldığı yataqxanada istilik təmin olunur. Onların sözlərinə görə, rəhbərlik tərəfindən problemin aradan qaldırılacağına dair vəd verilsə də, indiyədək vəziyyətdə heç bir dəyişiklik yoxdur. Valideynlər təhsil müəssisəsində istilik sisteminin fəaliyyətinin bərpa olunmasını tələb edirlər. Məsələ ilə bağlı Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinə sorğu ünvanlanıb. @gencexeberaz
Открыть в TelegramGəncə yaxınlığında bu yol məhv edilib Göygöl rayonunun Quşqara kəndində yolun vəziyyəti əhalinin ciddi narazılığına səbəb olub. Gencexeber.az-a müraciət edən sakinlərin sözlərinə görə, kənd ərazisindən hər gün yüzdən çox ağırtonnajlı yük maşınının keçməsi yolun tamamilə yararsız vəziyyətə düşməsinə zəmin yaradır. Söhbət təxminən 7 kilometrlik avtomobil yolundan gedir. Ərazidə fəaliyyət göstərən müəssisələrin yük maşınları onsuz da bərbad olan yolu daha da dağıdır. Nəticədə kənd sakinləri gündəlik hərəkət zamanı ciddi çətinliklərlə üzləşirlər. Vətəndaşlar bildirirlər ki, problem illərdir davam edir. Dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, yolun vəziyyəti ilə bağlı indiyədək konkret tədbir görülməyib. Quşqara kənd bələdiyyəsindən bildirilib ki, avtomobil yolu bələdiyyənin tabeliyindədir və müəssisə rəhbərlərinə yaranmış vəziyyətlə bağlı dəfələrlə məlumat verilib. @gencexeberaz
Открыть в TelegramBakı-Qazax yolunda qəzada iki nəfər ölüb Yevlax rayonunda yük və sərnişin avtomobillərinin toqquşması nəticəsində iki nəfər ölüb. Hadisə Bakı-Qazax avtomagistralının Yevlax rayonunun Duzdağ qəsəbəsi yaxınlığından keçən hissəsində baş verib. Belə ki, hərəkətdə olan “Mercedes Vito” markalı avtomobil “KamAZ”la toqquşub. Qəza nəticəsində “Mercedes Vito”nun sürücüsü, 1955-ci il təvəllüdlü Qazax rayon sakini Altay Qasımov hadisə yerində ölüb. Avtomobildə olan sərnişin, 1978-ci il təvəllüdlü Şəmkir rayon sakini İsmət Qasımov isə xəstəxanaya çatdırılsa da, onu xilas etmək mümkün olmayıb. Faktla bağlı araşdırma aparılır. Mənbə: apa.аz @gencexeberaz
Открыть в TelegramДинамика просмотровСкрыть динамику
Рост просмотров
Часов после публикации
Показать таблицей
| Часов после публикации | Просмотры |
|---|---|
| 0 ч | 65 |
| 3 ч | 247 |
- Через 1 час65
- Всего сейчас247
🟡 Qazax rayonu, Yuxarı Salahlı kəndində evdə baş vermiş partlayışda təhlükəsizlik tədbirləri görülüb @gencexeberaz
Открыть в TelegramДинамика просмотровСкрыть динамику
Рост просмотров
Часов после публикации
Показать таблицей
| Часов после публикации | Просмотры |
|---|---|
| 0 ч | 0 |
| 1 ч | 112 |
| 4 ч | 255 |
- Через 1 час112
- Всего сейчас255
Qaz partlayan evdə xəsarət alan ana və oğlunun vəziyyəti açıqlandı Gencexeber.az-a TƏBİB-dən verilən məlumata görə, rayonun Yuxarı Salahlı kəndində qaz partlayışı nəticəsində 1961-ci il təvəllüdlü Maksim Kəlayev və onun anası 1939-cu il təvəllüdlü Dilbər Kəlayeva yanıq xəsarətləri alıb. Onlar Qazax Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub. Bədənin müxtəlif nahiyələrinin termiki yanığı diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi xidmətlər göstərilib. Hazırda onların müalicələri müvafiq şöbədə davam etdirilir. Maksim Kəlayevin vəziyyəti orta ağır, Dilbər Kəlayevanın vəziyyəti isə ağır qiymətləndirilir. Faktla bağlı araşdırma aparılır. @gencexeberaz
Открыть в TelegramДинамика просмотровСкрыть динамику
Рост просмотров
Часов после публикации
Показать таблицей
| Часов после публикации | Просмотры |
|---|---|
| 0 ч | 0 |
| 1 ч | 146 |
| 4 ч | 283 |
- Через 1 час146
- Всего сейчас283
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Gəncə batalyonunun əfsanəvi döyüşçüsü Şahlar İsa oğlu Hüseynovun doğum günüdür. Ətraflı Gencexeber.az-a @gencexeberaz
Открыть в TelegramДинамика просмотровСкрыть динамику
Рост просмотров
Часов после публикации
Показать таблицей
| Часов после публикации | Просмотры |
|---|---|
| 0 ч | 0 |
| 1 ч | 188 |
| 4 ч | 303 |
- Через 1 час188
- Через 6 часов303
- Всего сейчас303
Evdə qaz partladı, ana və övladı yanıq xəsarətləri aldı Qazaxda fərdi yaşayış evində qaz partlayıb. Gencexeber.az-ın məlumatına görə, rayonun Yuxarı Salahlı kəndində qaz partlayışı nəticəsində 1961-ci il təvəllüdlü M.Kəlayev və onun anası 1939-cu il təvəllüdlü D.Kəlayeva yanıq xəsarətləri alıb. Onlar xəstəxanaya çatdırılıblar, hər iki xəstəyə dərhal tibbi yardım edilib. Hazırda hadisə yerinə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır. @gencexeberaz
Открыть в TelegramДинамика просмотровСкрыть динамику
Рост просмотров
Часов после публикации
Показать таблицей
| Часов после публикации | Просмотры |
|---|---|
| 0 ч | 0 |
| 2 ч | 242 |
| 5 ч | 355 |
- Через 6 часов355
- Всего сейчас355
⚠️Bakı-Ələt-Qazax-Gürcüstan magistral yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Gencexeber.az-ın məlumatına görə, hadisə magistralın 300-cü kilometrliyində, Yevlax rayonunun Duzdağ kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Dönmə manevri edən qoşqulu KamAZ markalı yük avtomobilinə “Mercedes-Benz Vito” markalı mikroavtobus çırpılıb. Zərbə mikroavtobusun ön sağ hissəsinə, sürücünün yanında oturan sərnişinin olduğu tərəfə tuş gəlib. Yaşlı kişi aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Mikroavtobusun sürücüsü isə xəsarət alaraq Yevlax Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Hadisə yerinə Dövlət Yol Polisinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunub. Xüsusi texnika vasitəsilə mikroavtobusda sıxışıb qalan mərhumun cansız bədəni çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Ərazidə hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə zəruri tədbirlər görülüb. Tıxacın yaranmasına imkan verilməyib. Faktla bağlı araşdırma aparılır. @gencexeberaz
Открыть в Telegram⚡️Günün əsas xəbərləri⚡️ 🗣Gəncədə güclü külək budağı avtomobillərin üzərinə aşırdı ❗️Gəncə Dövlət Filarmoniyasının qurucusunun anım günüdür 🔴Gəncədə "BakuBus" 76 yaşlı qadını vurdu 🔴Gəncədə 95,4 kv.m-lik ev XEYLİ UCUZ hərraca çıxarıldı ➡️Gəncədə irigövdəli ağac təhlükə saçır @gencexeberaz
Открыть в Telegram⚠️⚠️Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib Noyabrın 26-da bəzi bölgələrdə gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib. Bu barədə Milli Hidrometeorologiya Xidmətindən bildirilib. Qeyd olunub ki, Gəncə, Tərtər, Bərdə, Daşkəsən, Goranboy, Mingəçevir, Naftalan, Yevlax, Şəki, Göyçay, Kürdəmir, Oğuz, Qəbələ, İsmayıllıda sarı xəbərdarlığa uyğun olaraq qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. @gencexeberaz
Открыть в TelegramSamuxda ilk cüdo zalı fəaliyyətə başlayıb Bu barədə Azərbaycan Cüdo Federasiyasından (ACF) məlumat verilib. Yeni zal Samux rayonu Sərkar kənd tam orta məktəbində istifadəyə verilib. ACF tərəfindən zal müasir standartlara uyğun tatamilər və məşq prosesi üçün zəruri avadanlıqlarla təchiz olunub. Burada 80 uşaq və yeniyetmənin cüdo ilə məşğul olması üçün əlverişli şərait yaradılıb. @gencexeberaz
Открыть в TelegramGəncədə bir neçə küçədə kanalizasiya sistemi yağışlara təslim oldu Gəncənin bir neçə ərazisində kanalizasiya və yağış sularının yaratdığı problemlər sakinlərin gündəlik hərəkətini çətinləşdirib. Gencexeber.az-a daxil olan məlumata görə, Mahrasa bağı adlanan yaşayış massivində, “Təbriz market”in yaxınlığında kanalizasiya xətti tutulub. Nəticədə su ətrafdakı ticarət obyektlərinə dolur, ərazidə hərəkət etmək çətinləşir. Eyni vəziyyət şəhərin Cavadxan küçəsi, 2-ci döngəsində də müşahidə olunur. Küçə su altında qalıb. Bundan başqa, Təbriz küçəsində, 16 nömrəli məktəbə gedən yolda səkiyə çəkilmiş asfalt örtüyü demək olar ki, dağılıb. Ərazi su ilə dolduğundan piyadaların hərəkəti ciddi şəkildə çətinləşib. Sakinlər yaranmış problemlərin aradan qaldırılması, kanalizasiya xətlərinin təmizlənməsi və küçələrin normal vəziyyətə gətirilməsini istəyirlər. @gencexeberaz
Открыть в TelegramYüksək balla ali məktəbə qəbul olan tələbə binadan yıxılıb öldü Azərbaycanda tələbə binadan yıxılaraq ölüb. Hadisə paytaxt ərazisində qeydə alınıb. Belə ki, Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan Həsən Əlili 5-ci mərtəbənin eyvanından yıxılaraq həyatını itirib. Mərhumun əslən Tovuz rayonundan olduğu bildirilir. O, ali məktəbə qəbul imtahanlarında yüksək nəticə (652 bal) göstərib. Mənbə: oxu.аz @gencexeberaz
Открыть в TelegramADAU tələbəsi dünya çempionatında bürünc medal qazanıb Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar iqtisadiyyat fakültəsinin “Biznesin idarə edilməsi” ixtisası üzrə tələbəsi Növrəstə Cabbarova beynəlxalq yarışda uğur qazanıb. Gencexeber.az bildirir ki, Bakıda Dünya Güləş Birliyinin (UWW) təşkilatçılığı ilə keçirilən qrepplinq üzrə dünya çempionatında tələbəmiz U17 yaş kateqoriyasında, 43 kq çəki dərəcəsində mübarizə apararaq bürünc medal əldə edib. Növrəstə Cabbarova “Wolf Fights Club” döyüş klubunun direktoru və baş məşqçisi Əjdər Əliyevin yetirməsidir. O, Azərbaycanın çempionatda medal qazanan yeganə qadın idmançısı olub. @gencexeberaz
Открыть в TelegramGəncədə yerləşmə müəssisələrində YOXLAMA Gəncə Regional Turizm İdarəsi tərəfindən Gəncə şəhərində fəaliyyət göstərən yerləşmə müəssisələrində monitorinq həyata keçirilib. Gencexeber.az məlumat verir ki, monitorinq zamanı müəssisələrdə yaradılan mövcud şərait, son dövrlərdə aparılmış yenilənmə və təmir işləri, habelə təqdim olunan xidmətlərin ümumi səviyyəsi yerində qiymətləndirilib. Eyni zamanda, obyektlərin fəaliyyəti ilə bağlı mövcud vəziyyətə dair ətraflı tanışlıq aparılıb, son dövrlərdə baş verən yeniliklər və inkişaf istiqamətləri qeyd edilib. Qeyd olunan monitorinqin məqsədi regionda turizm xidmətlərinin keyfiyyətinin artırılması, yerləşmə müəssisələrinin fəaliyyətinin mövcud tələblərə uyğunluğunun qiymətləndirilməsi və turizm potensialının daha da inkişaf etdirilməsindən ibarətdir. @gencexeberaz
Открыть в Telegram