Əmircandakı məscidin 115 illik naxışını “Davud ulduzu” olaraq qələmə verdilər İrandan idarə olunan və türkdilli auditoriyanı hədəfləyən "haberafak" “Instagram” səhifəsində yayılan videoda Azərbaycandakı məscidlərdən birinin pəncərəsinə “Davud ulduzu” həkk edildiyi barədə əsassız iddia irəli sürülüb. Faktyoxla bu iddianı araşdırıb.
Открыть в TelegramПосты канала Fakt Yoxla
Erməni lobbisinin himayəsində: Əli Kərimli ailəsinin Qərb təmasları 15 dekabr 2026-cı il tarixində Britaniya parlamentinin Lordlar Palatasındakı komitə zallarından birində Azərbaycanda insan hüquqları (Əli Kərimlinin işi və parlament dinləməsi) mövzusunda tədbir keçiriləcəyi barədə redaksiyamıza məlumat daxil olub. Məlumatda bildirilir ki, tədbirin təşkilatçısı Mühafizəkarlar Partiyasının İnsan Hüquqları Komitəsidir. Partiya daxilində yayılan dəvətdə tədbirdə Əli Kərimlinin övladları — Türkel Kərimli və Sezan Kərimlinin iştirak edəcəyi qeyd olunur. Ən diqqətçəkən məqam isə tədbirə komitə sədri Tim Lautonun (Loughton) moderatorluq etməsidir. Davamı...
Открыть в TelegramAl Tani ailəsi, sistemi və çirkli oyunları - II Hissə Rəsmi Doha ABŞ və Avropa İttifaqının siyasi qərarlarına, beyin mərkəzlərinə, universitetlərinə və mediasına təsir göstərmək üçün rəsmi və qeyri-rəsmi kanallarla xərclədiyi yüz milyonlarla dollarlıq təsir mexanizminə malikdir. Rəsmi dövlət reyestrləri, parlament hesabatları və məhkəmə işləri bu şəbəkənin miqyasını açıq şəkildə ortaya qoyur. Davamı...
Открыть в Telegram28 gün ərzində 98% yeni saçlar: «Detangle» darağı haqqında nə məlumdur? Çinli alimlər laboratoriya siçanlarında cəmi 28 gün ərzində dərinin müalicə olunan nahiyəsində tük örtüyünün demək olar ki, tam bərpasına kömək edən qeyri-adi elektron daraq hazırlayıblar. Nəticə kifayət qədər diqqətçəkəndir: 97,85%. «Detangle» adlanan cihazın sınaqlarının nəticələri «Nature Communications» elmi jurnalında dərc olunub. Xəbər qısa müddətdə böyük marağa səbəb olub və keçəlliyin müalicəsində mümkün bir irəliləyiş barədə müzakirələrə yol açıb. Bəs, həqiqətənmi cəmi dörd həftə ərzində tökülmüş saçları geri qaytara biləcək texnologiya yaradılıb? Məsələ göründüyü qədər sadə deyil. Davamı...
Открыть в TelegramAl Tani ailəsi, sistemi və çirkli oyunları - I Hissə Qətər 1971-ci ildə Böyük Britaniyadan ayrılaraq müstəqillik əldə etdiyi gündən çox əvvəl – 1851-ci ildən bəri fasiləsiz olaraq Al Tani sülaləsi tərəfindən idarə olunur. Sülalənin hakimiyyəti Şeyx Məhəmməd bin Tani ilə başlayıb (1868-ci ildə Böyük Britaniya onu Qətərin rəsmi hakimi kimi tanıyıb). 1871–1913-cü illərdə Qətər Osmanlı İmperiyasının formal tərkibində olsa da, yerli idarəçilik Al Tani şeyxlərinin (xüsusilə müasir Qətərin qurucusu sayılan Şeyx Casim bin Məhəmmədin) əlində qalıb. 1916–1971-ci illərdə isə Qətər Britaniya protektoratı altında Al Tani əmirləri tərəfindən idarə edilib. davamı...
Открыть в TelegramAzərbaycana qarşı qarayaxma kampaniyası həyata keçirən eyni komandanın üzvləri Adnan Kalkan və A.Raif Öztürk kimdir?! Bu günlərdə "Yeni Akit" qəzetinin köşə yazarı Adnan Kalkan və A. Raif Öztürk “dostbeykoz” adlı saytda bir-birinə bənzər yazılar qələmə alaraq, Azərbaycanla bağlı əsassız iddialar səsləndiriblər. Faktyoxla hər iki yazarın kimliyini araşdırıb. Davamı...
Открыть в TelegramBakıda gecə klubları işlədən Harun Reşit Can necə “hicab cəfakeşi” oldu? Son bir neçə gündür sosial medianın türk seqmentində Azərbaycanla bağlı növbəti qərəzli videolar paylaşılır. Videoları ilk yayanlar “Türk milleti” adlı “Facebook” səhifəsi, həmçinin “Turk_milletiyiz” və “Türk millətinin gerçək səsi” adlı “Instagram” profilləridir. Davamı...
Открыть в TelegramTürk düşməni, xain Gergerlioğlu savadsızlığı ilə özünü necə ifşa edir? Türkiyənin DEM Partiyasının Kocaelindən TBMM-dəki deputatı Ömər Faruk Gərgərlioğlu Prezident Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri ilə bağlı bir neçə paylaşım edib. O, paylaşımında Azərbaycan Prezidenti İlham Əliyevin İsraili dost adlandırdığını, Azərbaycanın İsrailin neft tələbatının 40 faizini ödədiyini, Türkiyənin isə Bakı-Tbilisi-Ceyhan kəməri ilə nəql olunan neftin hər barelinə görə 1,27 dollar komissiya aldığını və bunun gündəlik 1 milyon dollar gəlir gətirdiyini iddia edib: Davamı...
Открыть в TelegramSaqqızda neft-kimya: narahat olmağa dəyərmi? Saqqız çoxdan gündəlik həyatın adi bir hissəsinə çevrilib. Biz onu nəfəsimizi təravətləndirmək, yeməkdən sonra ağızda yaranan xoşagəlməz dadı aradan qaldırmaq və ya sadəcə yolda vaxt keçirmək üçün alırıq. Bununla belə, internetdə vaxtaşırı saqqızın neft məhsulları ehtiva etdiyi və buna görə sağlamlıq üçün təhlükəli ola biləcəyi barədə iddialar yayılır. Bu iddialarda müəyyən həqiqət payı var. Saqqızın bəzi komponentləri həqiqətən də neft-kimya xammalından istehsal olunur. Lakin mümkün riskləri qiymətləndirmək üçün məhsulun tərkibini araşdırmaq və inqrediyentlərin mənşəyini onların toksikliyindən fərqləndirmək vacibdir. Davamı...
Открыть в TelegramÜç günlük ərzaq ehtiyatı toplamaq təcili lazımdırmı? Sosial şəbəkələrdə və mesencerlərdə Azərbaycanda supermarketlərə qarşı kiberhücumun gözlənildiyi və bunun səbəbindən mağazaların müvəqqəti olaraq fəaliyyətlərini dayandıra biləcəyi barədə məlumatlar yayılır. Ölkə sakinlərinin guya ən azı üç günlük ərzaq ehtiyatını əvvəlcədən toplaması tövsiyə olunur. Davamı...
Открыть в TelegramSaxta xəbər necə rəqəmsal təxribata çevrildi? Azərbaycan Respublikası Media və Yayım Şurası açıqlama yayaraq Türkiyənin sosial media seqmentində Prezidentin adından həqiqətə uyğun olmayan saxta fikirlərin yayıldığını bildirib. “Türkiyənin sosial media seqmentində Azərbaycan Respublikası Prezidentinin adından həqiqətə uyğun olmayan fikirlərin yayıldığı müşahidə edilir. Dövlət başçısının səsləndirmədiyi ifadələrin ona aid edilməsi və rəsmi mövqeyi kimi təqdim olunması ictimaiyyəti yanıltmağa xidmət edən kobud dezinformasiya nümunəsidir”. Davamı...
Открыть в TelegramKriptovalyuta bazarı necə işləyir və o, nə üçün təhlükəlidir? Binance: nə baş verdi və bu nə üçün vacibdir? 29 oktyabr 2026-cı il tarixində dünyanın ən böyük kriptovalyuta birjası olan "Binance" miqyaslı təhlükəsizlik insidenti baş verdiyini açıqladı. Şirkətin məlumatına görə, kibercinayətkarlar internetə qoşulmuş rəqəmsal cüzdanlar olan “qaynar cüzdanlar”dan (hot wallets) icazəsiz vəsait çıxarışları həyata keçirmək imkanı əldə ediblər. İlkin zərərin təxminən 6,3 milyard dollar olduğu qiymətləndirilib. Bu, tarixdəki ən böyük, bəzi qiymətləndirmələrə görə isə ən irimiqyaslı kriptovalyuta oğurluğudur. Davamı...
Открыть в Telegram“HALO Trust” – minatəmizləmə sahəsində etibarsız və şübhəli fəaliyyətləri ilə tanınan təşkilat 21 oktyabr 2026-cı ildə BMT Baş Assambleyasının 81-ci sessiyasının Üçüncü Komitəsində məcburi köçkünlərin insan hüquqları üzrə xüsusi məruzəçi ilə görüş zamanı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyi tərəfindən bildirilib ki, Azərbaycan ərazisinin 13 faizindən çoxu mina və digər partlayıcı müharibə qalıqları ilə çirklənib, 2020-ci ildən bəri 400-dən çox mülki şəxsin bu terrorun qurbanı olub. BMT kürsüsündən səslənən bu rəqəmlər və beynəlxalq birliyə edilən məsuliyyət çağırışı bir daha mühüm bir sualı gündəmə gətirir: İşğal dövründə “humanitar minatəmizləmə” adı altında Qarabağda 30 ilə yaxın fəaliyyət göstərən və ərazinin 90%-dən çoxunu təmizlədiyini iddia edən beynəlxalq təşkilatlar real olaraq nə ilə məşğul olublar? Davamı...
Открыть в TelegramPayızın sirli bayramı — Hellouin: bütpərəst ənənə, xristian kökləri, yoxsa şeytan bayramı? Hər il oktyabrın 31-də dünyanın milyonlarla insanı Hellouin bayramını qeyd edir. Küçələr və evlər üzərində üzlər oyulmuş balqabaqlarla bəzədilir, uşaqlar və böyüklər cadugər, vampir və digər mistik obrazların geyimlərini geyinir, mağazalar isə skelet, ruh və kəllə təsvirləri olan atributlarla dolur. Bəziləri üçün bu, əylənmək fürsəti, digərləri üçün isə mədəni ənənənin bir hissəsidir. Lakin bayram ətrafında mübahisələr səngimir: bəziləri onu zərərsiz əyləncə hesab edir, digərləri bütpərəst ayin adlandırır, hətta bəzi insanlar Hellouinin şeytan bayramı olduğunu iddia edirlər. Davamı...
Открыть в TelegramSaç tökülməsinə qarşı yeni «möcüzə həbi»: klinik sınaqlar nə göstərdi? Amerikanın Veradermics şirkəti VDPHL01 preparatının III faza tədqiqatının nəticələri barədə məlumat verib. Bu preparatın hazırlanması keçəlliyin müalicəsi imkanlarını genişləndirə bilər, lakin dərmanın təsdiqlənməsinə qədər hələ bir sıra mühüm mərhələlərdən keçmək lazımdır. Saç tökülməsi ətrafında bütöv bir vitaminlər, serumlar və şampunlar bazarının formalaşdığı problemdir. Bu vasitələrin bir çoxu saçların sıxlığını bərpa etməyi vəd edir, lakin onların heç də hamısının effektivliyini təsdiqləyən inandırıcı elmi sübutlar mövcud deyil. Davamı
Открыть в TelegramTürkiyəyə rifah adı altında cəhalət gətirmək istəyən Fatih kimdir? Son dövrlərdə Türkiyənin siyasi səhnəsində radikal ritorikası, əsassız iddiaları və xarici mərkəzlərdən idarə olunan təxribatçı bəyanatları ilə diqqət çəkən fiqurlardan biri də “Yenidən Refah” Partiyasının sədri Fatih Erbakandır. Özünü "ümmətçi" və "ədalət tərəfdarı" kimi qələmə verən bir siyasətçinin Bakı ilə Ankara arasındakı strateji müttəfiqliyə kölgə salan, Azərbaycanın suveren hüquqlarını və dövlət maraqlarını hədəf alan bəyanatları onun əsl mahiyyətini bir daha ortaya qoyur. Azərbaycan Respublikasının suveren qərarına uyğun olaraq ölkəmizdə “persona non grata” (arzuolunmaz şəxs) elan edilməsinə baxmayaraq, aqressivliyini və qərəzli hücumlarını səngitməyən bu şəxsin əsl mahiyyətini anlamaq üçün onun siyasi portretinə daha yaxından nəzər salmaq lazım gəlir. Bu məqsədlə Faktyoxla Fatih Erbakanın kimliyini araşdırıb. Davamı...
Открыть в TelegramQara dəniz və Azov–Dunay hövzəsi müharibə şəraitində yalnız iqtisadi və logistik mərkəz deyil, həm də müxtəlif maxinasiyaların, sanksiyalardan yayınma cəhdlərinin və gəmi adı dəyişdirmə oyunlarının poliqonuna çevrilib. Bu sistemin mərkəzində dayanan əsas fiqurlardan biri — "Palmali" Şirkətlər Qrupunun sahibi, azərbaycanlı iş adamı Mübariz Mənsimovdur (Gurbanoğlu). İş adamının "vətənpərvərlik" ritorikası altında həyata keçirdiyi biznes modeli əslində tamamilə maliyyə mənfəətinə, geosiyasi ziddiyyətlərdən istifadə edərək həm Rusiya, həm də Ukrayna cəbhəsində eyni vaxtda "alver" etməyə söykənir. Bu ikiüzlü siyasətin və riskli logistikanın sonuncu bariz nümunəsi 2026-cı ilin oktyabrında Qara dənizdə vurularaq batırılan "Royad Mammadov" gəmisi və onun ətrafındakı qaranlıq şəbəkədir. Davamı...
Открыть в TelegramHazır qəhvə və dəmlənmiş qəhvə: Hansında daha çox “kimyəvi maddə” var? Hazır qəhvə çox vaxt bir növ “laboratoriya məhsulu” kimi təqdim olunur və guya üyüdülmüş qəhvə dənələrindən hazırlanan qəhvədən daha çox süni əlavələr və zərərli maddələr ehtiva edir. Bəs bu, həqiqətən də belədir? Gəlin hazır qəhvənin necə istehsal olunduğuna, tərkibində nələrin olduğuna və onu daha az sağlam hesab etmək üçün hər hansı əsasın olub-olmadığına nəzər salaq. Davamı...
Открыть в TelegramTürkiyə sosial mediasında Azərbaycana qarşı qurulan trol şəbəkəsinin anatomiyası -1-ci yazı Son günlər Türkiyənin sosial media məkanında Azərbaycanın daxili siyasətini, dövlət-din münasibətlərini və dünyəvi (sekulyar) dövlət quruluşunu hədəf alan dezinformasiya kampaniyaları sistemli və aqressiv xarakter almaqdadır. İlk baxışda dindar kütlənin neqativ reaksiyası kimi görünən və 'hicab' mövzusunu bəhanə edən bu emosional dalğalanma əslində heç də pərakəndə ictimai etiraz deyil. Dərin rəqəmsal və faktlara əsaslanan təhqiqat bu mənzərənin arxasında tamamilə fərqli bir reallığın dayandığını ortaya qoyur: biz dini hisslərin istismarı üzərində qurulmuş, xüsusi mərkəzlərdən idarə olunan, bot/trol fermaları ilə texniki olaraq dəstəklənən və müxtəlif radikal qrupların vahid cəbhədə birləşdiyi mütəşəkkil informasiya sabotajı ilə üz-üzəyik. Davamı...
Открыть в Telegram"Hicab şousu"nun növbəti ssenarisi: "Çarəsiz ata" obrazını kimlər və necə qurub? Son günlərdə sosial mediada böyük rezonans doğuran foto və videoların arxasındakı ssenarini aşkara çıxardıq. İlk baxışdan təsirli görünən bu kadrlar məktəbdən kənar qalan uşaq və "çarəsiz ata" obrazı əslində peşəkarca qurulmuş bir tamaşadır. Davamı...
Открыть в Telegram