📢 Direktorların işə qəbulu üzrə elektron qeydiyyat başlayır! 27 noyabr saat 15:00-dan dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələri üzrə elektron sənəd qəbuluna başlanılır. 📅 Qeydiyyatın son tarixi: 4 dekabr 2026-cı il, saat 17:00. 🔗 Qeydiyyat: https://miq.edu.az/direktor Müsabiqə seçim və müsahibə mərhələlərindən ibarət olacaq. Namizədlərin idarəetmə, liderlik, pedaqoji, təşkilatçılıq və digər peşəkar bacarıqları qiymətləndiriləcək. Nəticələr namizədlərin şəxsi səhifələri üzərindən təqdim ediləcək.
Открыть в TelegramПосты канала AR Elm və Təhsil Nazirliyi
📢 Yeni nəsil “Coğrafiya” dərsliyi ilə bağlı vebinar keçiriləcək. 25 noyabr saat 15:00-da VIII siniflərdə ilk dəfə tətbiq olunan yeni nəsil “Coğrafiya” dərsliyinin məzmunu və tədris metodikasında müasir yanaşmalara həsr olunmuş vebinar keçiriləcək. Vebinarda yerli və xarici ekspertlər, dərslik müəllifləri çıxış edəcəklər. 🔴 Vebinar ARTİ-nin rəsmi “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq.
Открыть в TelegramTəhsil İnstitutunun Tədris resursları şöbəsinin müdiri, dərslik həmmüəllifi Rasim Abdurazaqovun moderatorluğu ilə “2026/2027-ci tədris ilində 7-ci siniflərdə ilk dəfə tətbiq olunan yeni nəsil “Riyaziyyat" dərsliyinin məzmunu və tədrisi metodikasında müasir yanaşmalar” mövzusunda vebinar keçiriləcək. Vebinar ARTİ-nin “Facebook” səhifəsi üzərindən canlı yayımlanacaq. Ətraflı: https://bit.ly/3V9RmEF
Открыть в TelegramПереслано из İlham Əliyev
Azərbaycançılıq məfkurəsi bizim bütün uğurlarımızın təməlində dayanan fəlsəfədir.
Открыть в TelegramZəfər tariximiz - Ağdam Şəhəri Günü! 🇦🇿 #ElmvəTəhsilNazirliyi #EduGovAz #EduAz #QarabağAzərbaycandır #BöyükQayıdış
Открыть в TelegramNoyabrın 19-da riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsinə həsr olunan ictimai müzakirə keçirilib. Görüşün məqsədi riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin təkmilləşdirilməsi istiqamətində görülən işlər barədə məlumat vermək, təhsil ictimaiyyətinin rəy və təkliflərini öyrənmək olub. Davam edən müzakirələrdə təhsil ictimaiyyətinin nümayəndələri riyaziyyat fənni üzrə kurikulum və dərsliklərin məzmununa dair rəy və təkliflərini bölüşüblər. Səsləndirilən məsələlər ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23477-1
Открыть в Telegram📢 “Sabahın alimləri” XVI Respublika Layihə Müsabiqəsinə qeydiyyat başladı! Azərbaycandakı ümumi təhsil müəssisələrinin IX–XI sinif şagirdləri 9 istiqamət üzrə (riyaziyyat, fizika və astronomiya, kimya, biologiya, tibb və sağlamlıq, ekologiya və ətraf mühit, mühəndislik, kompüter elmləri, robototexnika və süni intellekt) layihələrlə müraciət edə bilərlər. 📆 Son tarix: 19 noyabr (11:00) – 18 dekabr (15:00) 📝 Qeydiyyat: https://anket.edu.az/user/396 ❗ Vacib: Bu il formalar yenilənib — qeydiyyatdan öncə qayda və yeni formalarla tanış olun. 🔗 Qayda və əlavə məlumat: sabahinalimleri.edu.az | arti.edu.az
Открыть в Telegram⏳ Respublika Fənn Olimpiadalarında iştirak etmək istəyənlər üçün son 1 gün! Respublika Fənn Olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesi davam edir. Qeydiyyat 19 noyabr saat 12:00-dək davam edəcək. İştirakçılar https://portal.edu.az/ platformasına daxil olaraq, “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq elektron xidmətlərdən faydalana bilərlər. VIII–XI sinif şagirdlərinin iştirak etdiyi Respublika Fənn Olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyatı, coğrafiya və tarix olmaqla 8 fənn üzrə təşkil olunur.
Открыть в TelegramHörmətli vətəndaşlar! Sizi Elm və Təhsil Nazirliyi tərəfindən vətəndaşlara göstərilən xidmətlər barədə anket sorğusunda fəal iştiraka dəvət edirik. Sorğuda iştirak edərək xidmətlər barədə rəy və təkliflərinizi bizimlə bölüşə bilərsiniz. Fikirləriniz bizim üçün çox önəmlidir. Sorğu üçün keçid:➡️ https://anket.edu.az/user/390
Открыть в Telegram📢 Direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edildi! 2026-cı ildə keçirilmiş direktorların işə qəbulu müsabiqəsinin nəticələri elan edilib. Müsabiqədə müəyyən edilmiş tələblərə cavab verən 463 nəfər uğur qazanıb. Namizədlərin müsabiqə nəticələri barədə məlumatlar onların şəxsi səhifələrinə göndərilib. Uğur qazanmış namizədləri təbrik edir, gələcək fəaliyyətlərində müvəffəqiyyətlər arzulayırıq!
Открыть в Telegram“Rəqəmsal məktəb”də süni intellektin öyrənilməsi üçün yeni imkan Elm və Təhsil Nazirliyi ilə Milli Süni İntellekt Mərkəzinin əməkdaşlığı çərçivəsində “Rəqəmsal məktəb” platformasına "Neyron.ai" inteqrasiya edilib. Milli Süni İntellekt Mərkəzinin hazırladığı "Neyron.ai" interaktiv süni intellekt öyrənmə platformasıdır. Platformaya daxil olmaq üçün şagird və müəllimlər “Rəqəmsal məktəb”də şəxsi kabinetlərinin “Tətbiqlər” bölməsindən “Neyron AI” bölməsini seçməlidirlər. Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23462-1
Открыть в TelegramDövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinə başlanılır 5–6 dekabr tarixlərində dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllimlərin və metodistlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi təşkil ediləcək. İmtahanın keçiriləcəyi vaxt və yer barədə məlumatlar iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Qeyd edək ki, sertifikatlaşdırmanın əsas məqsədi təhsilverənlərin peşəkarlıq səviyyəsini qiymətləndirmək, peşəkar inkişaflarına dəstək göstərmək və təlim ehtiyaclarını müəyyənləşdirməkdir. Bütün iştirakçılara uğurlar arzulayırıq! Ətraflı: https://edu.gov.az/az/news-and-updates/23461-1
Открыть в TelegramBu gün Azərbaycan Respublikasının Konstitusiya Günüdür. Konstitusiyamız dövlətçiliyimizin hüquqi əsaslarını, milli suverenliyimizi, insan hüquq və azadlıqlarını təsbit edən ali hüquqi sənəddir.
Открыть в Telegram📢 Elm və Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrinin inzibati heyət üzvlərinin müraciətlərinin operativ cavablandırılması və texniki məsələlərin həllinə kömək göstərilməsi məqsədilə 146-4 dəstək xətti istifadəyə verilib. Dəstək xətti vasitəsilə ümumi təhsil müəssisələrinin rəhbərləri və inzibati heyət üzvləri müəssisələrin texniki təminatı və elektron jurnaldan istifadə ilə bağlı qarşılaşdıqları məsələlər barədə müraciət edə biləcəklər. Müraciətlər aşağıdakı istiqamətləri əhatə edəcək: · Ümumi təhsil müəssisələrində internet bağlantısı ilə bağlı məsələlər; · Elektron jurnaldan istifadə zamanı yaranan sual və çətinliklər; · Ümumi təhsil müəssisələrində qarşıya çıxan digər texniki məsələlər. Yeni dəstək xətti ümumi təhsil müəssisələrinin rəqəmsal xidmətlərdən istifadəsi zamanı qarşılaşdıqları texniki çətinliklərin operativ şəkildə aradan qaldırılmasına xidmət edir.
Открыть в Telegram9 Noyabr Dövlət Bayrağı Günüdür. Bayrağımız qürur mənbəyimizdir! 🇦🇿 #ElmVəTəhsilNazirliyi #Azərbaycan #9Noyabr #AzərbaycanBayrağı
Открыть в TelegramBöyük Qayıdış çərçivəsində işğaldan azad edilmiş ərazilərdə təhsil müəssisələrinin tikintisi, bərpası və fəaliyyəti istiqamətində işlər davam etdirilir. Bu günədək həmin ərazilərdə 27 ümumi təhsil və 13 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Müəssisələrdə ümumilikdə 6 576 şagird və uşaq təhsil alır. Təhsil infrastrukturunun inkişafı doğma yurda qayıdan ailələr üçün əlçatan təhsil imkanlarının yaradılmasına xidmət edir. #Azərbaycan #ElmVəTəhsilNazirliyi #8Noyabr #ZəfərGünü #BöyükQayıdış
Открыть в TelegramZəfərimiz qəhrəmanlıq tariximiz, milli qürurumuz və gələcək nəsillər üçün ən böyük örnəyimizdir. Bu şanlı tarix Vətən sevgimizin, birliyimizin və həmrəyliyimizin rəmzidir. 🇦🇿 Zəfər Günümüz mübarək! 🇦🇿 #Azərbaycan #8Noyabr #ZəfərGünü
Открыть в TelegramCəmiyyətin dolğun və obyektiv məlumatlandırılmasında, elm və təhsil sahəsindəki yeniliklərin ictimaiyyətə çatdırılmasında mühüm rol oynayan televiziya və radio əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edir, onlara məsuliyyətli və şərəfli fəaliyyətlərində uğurlar arzulayırıq. Peşə bayramınız mübarək! 📺📻
Открыть в Telegram