Переслано из PadSbot
📌 Seçim edərək yeni tədris ilində imtahanlarınıza pulsuz hazırlaşmaq üçün ən faydalı kanallara qoşulun 👇
Открыть в TelegramПереслано из PadSbot
📌 Seçim edərək yeni tədris ilində imtahanlarınıza pulsuz hazırlaşmaq üçün ən faydalı kanallara qoşulun 👇
Открыть в TelegramПереслано из PadSbot
✅ Sizlərə lazım olacaq kanallardan ödənişsiz yararlanmaq üçün seçim edin, ən faydalı kanallara abunə olun, sınaqları əldə edin ⤵️
Открыть в TelegramЧасов после публикации
| Часов после публикации | Просмотры |
|---|---|
| 0 ч | 0 |
| 10 ч | 34 |
| 30 ч | 77 |
Переслано из PadSbot
♨ İmtahanlara ödənişsiz hazırlaşmaq, yeni sınaqları, izahlarını və daha çoxunu əldə etmək üçün seçim edin ⤵
Открыть в TelegramЧасов после публикации
| Часов после публикации | Просмотры |
|---|---|
| 0 ч | 0 |
| 13 ч | 42 |
| 33 ч | 81 |
⏳ Bir işə daha çox vaxt ayırmaq onu daha tez bitirəcəyiniz demək deyil Heç 30 dəqiqəyə bitirə biləcəyiniz işi 2 saat ərzində etdiyiniz olub? Məsələn: “Bu təqdimata bütün günüm var.” Və nəticədə bütün gün həmin təqdimatla məşğul olursunuz. 😅 Bununla bağlı Parkinson qanunu adlı maraqlı bir fikir var: “İş, onun tamamlanması üçün ayrılan vaxtı doldurmağa meyllidir.” Yəni bir işə 3 saat ayıranda onu 3 saata, 1 saat ayıranda isə bəzən 1 saata uyğunlaşdırırıq. Ona görə növbəti dəfə böyük bir işiniz olanda bunu sınayın: ⏰ İş üçün real vaxt müəyyənləşdirin. 📵 Bu müddətdə diqqəti yayındıran şeyləri kənara qoyun. 🎯 İşin sonunda nəyi tamamlamalı olduğunuzu əvvəlcədən müəyyənləşdirin. 🚫 Vaxt bitəndə işi avtomatik olaraq uzatmayın — nəticəyə baxın. Məsələn: “Bu təqdimatı bu gün hazırlayacağam” əvəzinə: “Bu təqdimatın ilk versiyasını 60 dəqiqəyə hazırlayacağam.” Bu, həm işi konkretləşdirir, həm də vaxtın sonsuz görünməsinin qarşısını alır. 🎯 Bu gün sınayın: Sabah görəcəyiniz bir işi seçin və özünüzə vaxt limiti qoyun. Amma çox az yox — işi keyfiyyətli görmək üçün kifayət edəcək qədər. Bəzən daha çox vaxt yox, daha konkret limit lazımdır. 🌱 30 gün, 30 faydalı fikir — Gün 5/30
Открыть в Telegram🌙 Bazar günü axşamı üçün 5 kiçik hazırlıq Bazar günü axşamı gələndə həftəsonunun bitdiyini hiss edirik. 😅 Amma sabahkı səhəri bir az daha rahat etmək üçün yatmazdan əvvəl cəmi 10-15 dəqiqə ayıra bilərsiniz: 👗 Sabah geyinəcəyiniz paltarı hazırlayın Səhər bir qərarı artıq vermiş olacaqsınız. 👜 Çantanızı yığın Açar, qulaqcıq, şarj cihazı və s. — səhər “haradadır?” axtarışına ehtiyac qalmasın. 📝 Sabahın ən vacib 3 işini yazın Uzun to-do list əvəzinə yalnız həqiqətən vacib olan 3 işi seçin. 📱 Telefonu yataqdan uzağa qoyun “5 dəqiqə Instagram-a baxım”ın necə 40 dəqiqəyə çevrildiyini hamımız bilirik. 😅 ☕ Səhər üçün kiçik bir şey planlayın Sevdiyiniz musiqi, yaxşı səhər yeməyi və ya işə gedərkən içəcəyiniz qəhvə. Səhəri səbirsizliklə gözləmək üçün kiçik bir səbəb olsun. Əsas məqsəd bazar günü axşamını da işə çevirmək deyil. Sadəcə sabahkı özünüzün işini bir az asanlaşdırmaqdır. 🤍 🌙 İndi isə telefonu kənara qoyub həftəsonunun son axşamından zövq alın. 30 gün, 30 faydalı fikir — Gün 4/30
Открыть в Telegram🎬 Həftəsonunda izləmək üçün 7 rahat film Havaya görə planları ləöv edib, çölə çıxa bilmirsinizsə, bu siyahı faydalı olacaq. 🍿 The Intern — təqaüdə çıxmış Ben-in gənc və sürətlə böyüyən şirkətdə işləməyə başlamasından bəhs edir. Həm rahat izlənir, həm də iş həyatı ilə bağlı maraqlı mesajları var. The Secret Life of Walter Mitty — eyni işləri təkrarlayan Walter-in həyatında ilk dəfə macəraların arxasınca getməyə başlamasından bəhs edir. About Time — zamanı geri qaytara bilən Tim-in bu qabiliyyətindən istifadə edərək həyatını dəyişdirməyə çalışmasından bəhs edir. Romantik komediya olsa da, ailə və həyatla bağlı gözəl mesajları var. 🤍 Chef — işindən ayrılan aşpazın oğlu ilə birlikdə food truck səyahətinə başlamasından bəhs edir. Yemək, səyahət və yeni başlanğıcları sevənlər üçün. 🌮 The Pursuit of Happyness — oğlunu tək böyüdən Chris-in çətinliklərə baxmayaraq həyatını dəyişmək üçün çalışmasından bəhs edir. The Truman Show — bütün həyatının əslində televiziya proqramının bir hissəsi olduğunu bilməyən Trumanın hekayəsidir. Film bitəndən sonra bir müddət haqqında düşünəcəyiniz filmlərdəndir. 👀 Little Miss Sunshine — ailənin kiçik qızlarının müsabiqəsində iştirak etməsi üçün birlikdə yola çıxmasından bəhs edir. 🚐 🍿 Siz hansını izləmisiniz? İzlədikdən sonra fikirlərinizi paylaşmağı unutmayın😉 30 gün, 30 faydalı fikir- Gün 3/30 #dysfilm
Открыть в Telegram📊 80/20 qaydası: hər şey eyni dərəcədə vacib deyil Pareto prinsipi- 80/20 qaydası Bu prinsipə görə bir çox hallarda nəticələrin təxminən 80%-i səbəblərin 20%-indən yaranır. Məsələn: 💼 İşdə — nəticənizin böyük hissəsini ən vacib bir neçə tapşırıq yarada bilər. 📚 Təhsildə — öyrəndiyiniz mövzuların müəyyən hissəsi imtahanda daha çox qarşınıza çıxa bilər. 👥 Sosial həyatda — vaxtınızın böyük hissəsini dostlarınızın hamısı ilə deyil, bir neçə yaxın insanla keçirə bilərsiniz. 💰 Xərclərdə — aylıq xərclərinizin böyük hissəsi bir neçə əsas kateqoriyadan yarana bilər. Amma burada vacib məqam var: 80/20 dəqiq riyazi qayda deyil. Hər vəziyyətdə 80 və 20 olması şərt deyil. Əsas fikir budur ki, nəticəyə təsir edən əsas səbəbləri tapmaqdır. 🎯 Bu gün sınayın: To-do listinizə baxın və özünüzdən soruşun: “Bu siyahıdakı hansı 20% iş mənə ən böyük nəticəni verəcək?” Əvvəlcə həmin işlərə fokuslanın. Çünki bəzən daha çox iş görmək yox, düzgün işə fokuslanmaq daha çox nəticə verir. 🌱 30 gün, 30 faydalı fikir — Gün 2/30 #dysfaydalı
Открыть в Telegram🧠 Daha effektiv işləmək üçün 2 fərqli 2 dəqiqə qaydası: 1. Bəzən yeni vərdişə başlamaq istəyirik, amma qarşımıza çox böyük məqsəd qoyuruq: 📚 “Kitab oxuyacam.” 🏃🏻♀️ “1 saat idman edəcəyəm.” 🇬🇧 “İngilis dili öyrənəcəyəm.” Bir neçə gün sonra isə plan yarımçıq qalır. 😅 Atomic Habits kitabında bunun üçün maraqlı bir yanaşma var: Yeni vərdişə başlayanda onu elə kiçilt ki, yerinə yetirmək 2 dəqiqə və ya daha az vaxt aparsın. Məsələn: 📚 30 səhifə oxumaq → 1 səhifə oxumaq 🏃🏻♀️ 1 saat idman → idman geyimlərini geyinmək 🇬🇧 1 saat ingilis dili → 5 yeni söz öyrənmək 📝 Gündəlik yazmaq → 1 cümlə yazmaq Məqsəd başlamağı asanlaşdırmaq və vərdişi davamlı etməkdir. 🌱 2. Bir də bunun başqa istifadəsi var: Əgər qarşınıza çıxan hər hansı iş 2 dəqiqədən az müddətdə görülə bilirsə, onu sonraya saxlamaq əvəzinə elə həmin anda edin. 📩 Qısa emailə cavab ver 🗂️ Faylı yerinə qoy 📝 Kiçik işi qeyd et 🧹 Masanı yığ Yeni vərdiş → 2 dəqiqəyə qədər kiçilt 2 dəqiqəlik iş → tez bitir 30 gün, 30 faydalı fikir - 1/30 #dysfaydalı
Открыть в Telegram🌱 30 gün, daha yaxşı sən 1 oktyabrdan etibarən “Daha yaxşı sən”də yeni bir seriyaya başlayırıq. ✨ 30 gün ərzində hər gün sizinlə bir faydalı fikir, kiçik bir vərdiş və ya gündəlik həyatda işimizə yaraya biləcək bir üsul paylaşacağam. Mövzularımız müxtəlif olacaq: 🧠 şəxsi inkişaf ⏳ vaxt və enerji idarəetməsi 🍿Fim/serial tövsiyəsi 📚 öyrənmə 💼 karyera və iş həyatı 💬 ünsiyyət 💰 maliyyə vərdişləri 📱 rəqəmsal həyat 🌱 və ən əsası — özümüzlə münasibətimiz Amma bir şərtlə: Bu, sadəcə oxuyub keçəcəyimiz bir seriya olmayacaq. 😉 Hər gün bir kiçik şeyi oxuyacağıq → düşünəcəyik → mümkün olsa, tətbiq edəcəyik. Çünki daha yaxşı versiyamıza çevrilmək üçün hər şeyi bir gündə dəyişmək lazım deyil. Bəzən bir kiçik vərdiş kifayətdir. 🤍 📌 1 oktyabrdan başlayırıq. 30 gün sonra geriyə baxanda görək, birlikdə nəyi dəyişmişik. 🌱 Hazırsansa, Cümə axşamı görüşərik. 🫶🏻 #dysfaydalı
Открыть в TelegramPulsuz gəmi muzeyi təcrübəsi Dünyanın ilk tanker muzeyi olan Suraxanı gəmi muzeyi 1 avqust açıq qapı günü elan edib.🥳 Bakının ən maraqlı muzeylərindən biridir, bu fürsəti qaçırmayın😊 #dysfaydalı
Открыть в TelegramHəftəsonunu pulsuz maraqlı keçirmək üçün tövsiyəm var: 18 aprel tarixində qeyd olunan muzeylərə giriş pulsuz olacaq, yaralana bilərsiniz😍 Tam siyahı linkdə: https://www.instagram.com/p/DXPyAXuDbM3/?igsh=MTdibnc2bDFzem5kNg==
Открыть в Telegram💪İdman etmək istəyirsən… amma həvəs sıfırdır? 😅 Sənin üçün seçdiyim bu kanallardakı videolar idmanı “mütləq etməliyəm” hissindən çıxarıb, tam başqa dünyaya aparacaq. Bəzən qayalar üzərindən tullanacaqsan, bəzən at sürəcəksən, bəzən isə özünü oyunun içindəki qəhrəman kimi hiss edəcəksən. Yəni sadəcə məşq etməyəcəksən — yaşayacaqsan. Və ən yaxşı tərəfi? Əzələlərin də bu macəradan çox məmnun qalacaq 💥 https://youtube.com/@fitimmersive?si=YoE00aut1mI7mweR https://youtube.com/@immersefitness1?si=ek2KBwO3_ZkaifdX https://youtube.com/playlist?list=PLmeZMA5usrvDKNp8CkIqEwYWLwcpaW205&si=7OEMGsNCugNiG4tD #dysidman
Открыть в TelegramHəftəsonunu daha maraqlı keçirmək üçün TedX çıxışı izləmək yaxşı fikirdi. Bu gün türkçə 10 ən çox bəyəndiyim Tedx çıxışını bir araya topladım. 1. Həyatına müəllifi kimi yanaşanda nələr dəyişir? Cərrah Talat Kırış- https://youtu.be/okup-d5rmOM 2. Bir kənddə yaşayan qadın ölkənin mədəni inkişafına necə tövhələr verə bildi? Ümmiye Koçak- https://youtu.be/FiO1n6hY34U 3. Artıq aramızda olmasa da, çıxışı ilə milyonlara yön vermiş Neslican Tay- https://youtu.be/Spmn5G00Lng 4. Kız kimi olmaq təhqir ya qürurdu? Nil Karaibrahimgil- https://youtu.be/eYlIQQ6AOkQ 5. Pomidorlar yetişmək üçün tələsmirsə, biz hara tələsirik? Mandıra filosofu Müfit Can Saçıncı- https://youtu.be/AXwCU6cPqfU 6. Xoşbəxt evliliyin qaydaları Gülcan Üzer- https://youtu.be/6Hi9UW76zOU 7. Bu çıxış şəxsən mənə çox təsir etmişdi, Hale Caneroğlu- https://youtu.be/mcM1-Dmyq_0 8. Öz işini layiqincə yerinə yetirənlərdən biri Nazlı Çelik- https://youtu.be/7PrnRhYBMVU 9. Motivasiya kitabları ölkəmizdə də çox oxunan yazar Mumin Sekman- https://youtu.be/6UnrIyNjB3Q Bonus: Emin Çapa- https://youtu.be/9-XyMpxejEc
Открыть в TelegramDostlar, sizinlə yeni kəşf elədiyim maraqlı Youtube kanalını paylaşmaq istəyirəm: Orjinalı ispan dilində olan kanalsa insan orqanizmində baş verən hadisələr animasiyalar şəklində orqanların dilindən canlandırılır. https://youtube.com/@casicreativoenglish?si=6alIC1yhcxK1bQwm İspanca kanal daha zəngindi: https://youtube.com/@casicreativo?si=JxePPai3_u-dDE6P #fidanaslanova
Открыть в TelegramSizi karyer, emosiyalarımız, Teleqram kanalı açmaq yolum və başqa incə mövzuları danışdığımız podcastı dinləməyə dəvət edirəm: Yumşaq bacarıqların kimyası:💚 https://open.spotify.com/episode/7idIXnT0CpSKpmuDYTFDQJ?si=jnO117qMQu-fF1fpMvmRfA https://podcasts.apple.com/az/podcast/society-of-chemical-engineers/id1732934213?i=1000731814382 https://youtu.be/mj1fvNlYrMU
Открыть в Telegramİçindəki uşaq testinin cavabları 1 nömrə: İçində şən, sosial və paylaşmağı sevən bir uşaq var. O, sadəcə oyun oynamaq, gülmək və özünü təhlükəsiz hiss etmək istəyir. Ona bu rahatlığı ver, çünki o, səni yaşamağa ruhlandırır. 🌈 2 nömrə: Dərinlərdə sevgiyə, şəfqətə və toxunuşa ehtiyacı olan bir uşaq gizlənib. Bəlkə də çoxdandır bir qucağı, bir istiliyi gözləyir. Ona bu sevgini sən ver, çünki ən çox sənin qucağında rahat tapacaq. 🤍 3 nömrə: Maraqlı, öyrənməyi sevən və bəzən sadəcə “aferin” eşitmək istəyən bir uşaq var sənin içində. Onunla qürur duy, çünki o, səni böyütməyə və dünyanı sevməyə aparır. 🌱 4 nömrə: Sakit, xəyal dolu və çox duyğusal bir uşaq sənin içində yaşayır. O, yalnız qalmağa yox, sadəcə bir az nəfəs almağa ehtiyac duyur. Ona bu məkanı ver, o zaman yenidən parlayacaq. 🌙 5 nömrə: Kiçik yaşından məsuliyyətli olmağa məcbur qalmış bir uşaq var içində. Bəzən çox yetkin davrandığı üçün yorulub. Ona izn ver bir az uşaqlığını yaşasın — çünki o da gülməyə layiqdir. ☀️ 6 nömrə: Sadiq, mehriban, amma duyğularını içində saxlayan bir uşaq səndə yaşayır. Onu dinlə, çünki səsi çox yumşaq olsa da, həqiqəti oradadır. Daxili səsini tanı və ona sarıl. 🌷 #dystest
Открыть в TelegramPsixoloji test👶🏻 Şəklə bax, hansı uşaq sənə daha yaxın, doğma gəlir? Bu test içindəki uşağl anlamağın üçün vasitə olacaq. Cavablar 1 saat içində paylaşılacaq❤️
Открыть в TelegramPayızda xüsusi həzzlə izləniləcək 5 film🍂 1. 🎞“Dead poets society”- Bir müəllimin tələbələrin həyatındakı təsirindən bəhs edir.”Carpe Diem” düşüncəsi ilə həyatda orjinallığın önəmindən bəhs edir. 2.🎞 “Coco”-həm maraqlı, həm düşündürücü animasiyada dünyadan köçmüş insanların sonrakı həyatı əyləncəli formada göstərilir. 3.🎞 “When Harry meets Sally”-romantik komediya janrında olan filmdə “qız və oğlan dost ola bilərmi?” sualına cavab da axtarılır. 4.🎞 Autumn in New York-dram janrında olan film 48 yaşında kişinin gənc qadına aşiq olmasından bəhs edir. 5.🎞 You’ve got Mail-romantik komediya janrında olan filmdə iki rəqib biznes sahibinin internet üzərində tanışlığından danışılır. #dyskino
Открыть в Telegramİstənilən ölkə/şəhərdə yaşayış xərclərini göstərən sayt🌎 Bu sayt vasitəsilə bir ölkəni seçib oradakı yaşam xərcləri ilə tanış olmaq olar. Ölkəni seçdikdən sonra açılan pəncərədən şəhəri də xüsusi qeyd edə bilərsiniz. Südün qiymətindən tutmuş kommunal xərclərə qədər hər şeyin ortalama dəyəri və aylıq gəlir göstərilib. Xaricdə yaşamaqla bağlı planlarınız varsa, mütləq bu saytı yoxlayın. 💰 https://www.numbeo.com/cost-of-living/ #dyssayt
Открыть в Telegram